
"Qalatasaray"ın futbolçusu Mauro İkardi komanda ilə məşqlərə başlayıb.
Sportnet.az xəbər verir ki, argentinalı hücumçu məşq zamanı yaxşı əhval-ruhiyyəsi ilə diqqət çəkib.
Qeyd edək ki, M.İkardi bir müddət idi zədədən əziyyət çəkirdi. O, matçlara iynə vurduraraq çıxırdı.
Xatırladaq ki, M.İkardi bu mövsüm Superliqda 12 matçda 10 qol vurub, 2 qolun ötürməsini verib.