"Neftçi” Misli Premyer Liqasının 16-cı turunda “Turan Tovuz”a qarşı keçirəcəyi oyun üçün hazırlığını davam etdirir.
Sportnet.az xəbər verir ki, bir müddətdir zədəli olan oyunçulardan İvan Brkiç hələ də fərdi olaraq məşq edir.
Komandanın digər futbolçularından Ataa Caber zədələnib. Onun topuğunda burxulma aşkarlanıb. Buna görə də 29 yaşlı yarımmüdafiəçi 2 həftə yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, “Neftçi Arena”da keçiriləcək “Neftçi” – “Turan Tovuz” oyunu dekabrın 10-u saat 18:00-da başlayacaq.