AFFA U-15 Liqasının 15-ci turu çərçivəsində keçirilən “Ulduz Mingəçevir”lə qarşılaşmada zədələnən “Neftçi”nin futbolçusu Nurəziz Əzizov müalicəsini başa vurub.
Sportnet.az xəbər verir ki, qapıçı bu gün xəstəxanadan evə buraxılıb.
Qeyd edək ki, dekabrın 10-da keçirilən matçın 37-ci dəqiqəsində zədələnən qolkiper dalağın partlaması diaqnozu ilə əməliyyat olunub.