Bakı Olimpiya Stadionunda Klublar Komitəsinin növbəti iclası keçirilib.
Sportnet.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığıncaqda milli assosiasiyanın baş katibi Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov və Premyer Liqa klublarının nümayəndələri iştirak ediblər.
İclasda ölkə futbolu ilə bağlı müxtəlif məsələlər müzakirə olunub.
Daha sonra AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşek klub nümayəndələrinə VAR sisteminin iş prinsipləri haqqında məlumat verib, onların suallarını cavablandırıb.