PSJ-nin transfer siyahısına başçılıq edən futbolçunun adı bəlli olub.
Sportnet.az xəbər verir ki, Fransa klubu Bruno Gimaraynsın xidmətində maraqlıdır.
Parislilər “Nyukasl”ın yarımmüdafiəçisini yayda heyətinə qatmağı planlaşdırır. İngiltərə klubu maliyyə feyr-pleyi ilə bağlı problemlər üzündən komandanın liderini satmağa razılaşa bilər. Premyer Liqa təmsilçisi 26 yaşlı braziliyalı üçün ən azı 100 milyon avro almağı düşünür.
Qeyd edək ki, “Nyukasl” yarımmüdafiəçini 2022-ci ilin yanvarında “Lion”dan 42,1 milyon avroya alıb.