
AFFA İntizam Komitəsi "Qarabağ"ın futbolçusu Riçard Almeydanı 1-i şərti olmaqla iki oyunluq cəzalandırıb.
Sportnet.az xəbər verir ki, buna təcrübəli yarımmüdafiəçinin "Sabah"a 3:4 hesabı ilə uduzduqları Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab matçında ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə alması səbəb olub.
"Köhlən atlar" bunun üçün 1500 manat cərimələnib.
"Neftçi" "Sumqayıt"la heç-heçə etdikləri cavab oyununa görə 2200 manat ziyana düşüb. "Ağ-qaralar" azarkeşlərin pirotexniki vasitədən istifadə etməsinə görə 1500, 4 oyunçusunun sarı vərəqə alması ucbatından 700 manat ödəyəcək. "Gənclər şəhəri" təmsilçisi də 4 futbolçusu rəsmi xəbərdarlıq aldığığı üçün 700 manat cərimələnib.
Eyni cərimə "Araz-Naxçıvan"a da tətbiq edilib. Naxçıvan təmsilçisinin 4 üzvü "Qəbələ" ilə görüşdə sarı vərəqə görmüşdü.