Türkiyə Superliqasında 26-cı turun oyunları davam edir.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin formasın geyindiyi "Adana Demirspor" səfərdə "Alanyaspor"la qarşılaşıb. Adana təmsilçisi hesabda 0:2 geridə olsa da, yekunda son dəqiqə avtoqolu ilə 3:3 hesablı heç-heçə edib.
Şahruddin start heyətdə meydana daxil olub. O, ilk qolu 20-ci dəqiqədə cərimə zərbəsindən buraxıb. İkinci qol zamanı isə (33-cü dəq.) Məhəmmədəliyev ciddi səhvə yol verərək topu rəqibə ötürüb. Bundan isə “Alanyaspor”lu futbolçu ustalıqla yararlanıb.
Fasilə zamanı baş məşqçi Hikmət Karaman Şahruddin Məhəmmədəliyevi Vedat Karakuşla əvəzləyib.
Qeyd edək ki, "Adana Demirspor" 32 xalla 10-cu, "Alanyaspor" 29 xalla 15-cidir.