Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Demirspor"da qalmaqal yaşanıb.
Sportnet.az xəbər verir ki, Super Liqa təmsilçisinin hücumçusu Mario balotelli əsas komandadan qovulub.
Adana təmsilçisi ölkə çempionatının XXVII turunda səfərdə "Trabzonspor"a 0:1 hesabı ilə məğlub olub. Komanda Trabzondan qayıdarkən Balotelli klubun vitse-prezidenti Gökhan Göktürklə mübahisə edib. Buna görə də ulduz futbolçu cəzalandırılıb.
Qeyd edək ki, Mario Balotelli bu mövsüm "Adana Demirspor"un heyətində meydana çıxdığı 8 matçda 4 qol vurub.