Azərbaycan Premyer Liqasında XXV tura start verilib.
Sportnet.az xəbər verir ki, günün yeganə oyunu Sumqayıtda keçirilib.
Şəhərin eyniadlı komandası Mehdi Hüseynzadə adına stadionda “Kəpəz”i qəbul edib. Görüş “gənclik şəhəri” təmsilçisinin 1:3 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qonaqlardan qolları Vüsal Məsimov, Mate Kvirkviya və Rüfət Əhmədov vurublar. Sumqayıtlılardan isə İsa Suliman fərqlənib.
Bu qələbədən sonra xallarını 26-ya çatdıran “Kəpəz” 9-cu pillədə qərarlaşıb. 36 xalı olan "Sumqayıt" isə ikincidir.
Qeyd edək ki, turun digər oyunları martın 2-3-də keçiriləcək.
Azərbaycan Premyer Liqası
XXV tur
1 mart
19:00. “Sumqayıt” – “Kəpəz” - 1:3
Qollar: İsa Suliman, 80 - Vüsal Məsimov, 20. Mate Kvirkviya, 62. Rüfət Əhmədov, 90+5
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Tural Qurbanov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu