"Sabah"ın yeni baş məşqçisi məlum olub.
Spotnet.az Bosniya və Herseqovina mətbuatına istinadən xəbər verir ki, Bakı klubuna Krunoslav Renduliç başçılıq edəcək.
İddiaya görə, xorvatiyalı mütəxəssisin qarşısına Premyer Liqada ən azı üçüncü yeri tutmaq tələbi qoyulub.
Onun son klubu tarixində ilk dəfə avrokubokların qrup mərhələsinə çıxardığı Bosniya “Zrinski"si olub.
Qeyd edək ki, ötən ay rusiyalı mütəxəssis Murad Musayev “Sabah”ın baş məşqçi postunu tərk edib.