
Azərbaycan Premyer Liqasında XXIX tura start verilib.
Sportnet.az xəbər verir ki, açılış oyunu “Liv Bona Dea Arena”da keçirilib.
Günün yeganə matçında “Araz-Naxçıvan” “Kəpəz”i qəbul edib. Görüşdə hesabı ev sahibləri açıblar. 16-cı dəqiqədə Miço Kuzmanoviç fərqlənib. Lakin fasilədən sonra gəncəlilər geridönüş etməyi bacarıblar. Əvvəlcə 54-cü dəqiqədə Martins Junior adını tabloya yazdırıb. 8 dəqiqə sonra Mate Kvirkviya adını tabloya yazdırıb.
Beləliklə, səfərdə 2:1 hesablı qələbə qazanan “Kəpəz” elitada qalmaq yolunda davam bir önəmli addım atıb. Gəncəlilər xallarının sayını 30-a çatdıraraq, doqquzuncu pillədəki mövqelərini qoruyublar. “Araz-Naxçıvan” isə 32 xalla səkkizinci yerdə qalıb.
Qeyd edək ki, turun digər oyunları aprelin 6-7-də keçiriləcək.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX tura start veriləcək.
Sportnet.az xəbər verir ki, günün yeganə matçında "Araz-Naxçıvan" "Kəpəz"lə üz-üzə gələcək.
"Liv Bona Dea Arena"da gerçəkləşəcək qarşılaşma saat 20:00-da başlayacaq. Naxçıvan klubu 32 xalla 8-ci, Gəncə təmsilçisi 27 xalla 9-cu pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXIX tur
5 aprel
20:00. "Araz-Naxçıvan" – "Kəpəz" - 1:2
Qol: Miço Kuzmanoviç, 16 - Martins Junior, 54. Mate Kvirkviya, 62
Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Rəhman İmami, Tural Qurbanov
VAR: Rauf Cabarov
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Ömər Paşayev
"Dalğa Arena".
Qeyd edək ki, XXIX turun digər görüşləri 6-7 apreldə olacaq.