
"Araz-Naxçıvan" Azərbaycan Premyer Liqasının XXIX turunda öz meydanında "Kəpəz"ə 1:2 hesabı ilə məğlub olub.
Sportnet.az xəbər verir ki, muxtar respublika təmsilçisinin baş məşqçisi Azər Bağırov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- İlk hissədə normal futbol oynadıq. Çoxlu qol epizodları yaratdıq. İkinci hissədə qapımıza iki zərbə gəldi və məğlub olduq. Həqiqətən üzücüdür. Futbolçular bəzi şeyləri fikirləşməlidir.
- Nələri fikirləşməlidir?
- Çox bəsit qollar buraxırıq. Qapıya iki zərbə var, ikisi də qoldur. Futbolçular dediyimiz səyləri meydanda icra etmirlər. Əsasən də müdafiə xəttində.