
Azərbaycan Premyer Liqasında 29-cu turun növbəti görüşləri keçirilib.
Sportnet.az xəbər verir ki, "Sabah" "Turan Tovuz"un qonağı olub. Tovuz klubu evdə qələbəyə sevinib.
"Qarabağ" isə "Səbail"dən üstün olub.
__________
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIX turun daha bir oyunu keçirilib.
Sportnet.az-ın məlumatına görə, günün ilk matçında "Turan Tovuz" "Sabah"ı qəbul edib.
Tovuz şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandanın heyətində 26-cı dəqiqədə Aleks Souza fərqlənib. 82-ci dəqiqədə Otto Con adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 39-da çatdıran Tovuz təmsilçisi hazırda 6-cı pillədə qərarlaşıb. "Sabah" 40 xalla beşincidir.
Günün saat 20:00-da start götürəcək qarşılaşmasında "Qarabağ" "Səbail"i sınağa çəkəcək.
Qeyd edək ki, ötən gün "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəlib - 2:1. Tura aprelin 7-də yekun vurulacaq.
-------------------------------------------------
Azərbaycan Premyer Liqasında XXIX turun daha iki oyunu bu gün baş tutacaq.
Sportnet.az xəbər verir ki, ilk olaraq "Turan Tovuz" evdə "Sabah"la üz-üzə gələcək. Meydan sahibləri 36 xalla yeddinci, qonaqlar 40 xalla beşinci sıradadır.
İkinci görüşdə çempionluğunu təmin edən "Qarabağ" "Səbail"i qəbul edəcək. "Köhlən atlar"ın 69 xalı var. "Dənizçilər" 36 xalla 6-cı pillədə qərarlaşıb.
Azərbaycan Premyer Liqası
XXIX tur
6 aprel (şənbə)
16:00. "Turan Tovuz" – "Sabah" - 2:0
Qol: Aleks Souza, 26. Otto Con, 82
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamal Umudlu
Hakim-inspektor: Rəhim Həsənov
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Tovuz şəhər stadionu
20:00. "Qarabağ" – "Səbail" - 4:2
Qollar: Yassin Benzia, 15. 40. Toral Bayramov, 69. Nəriman Axundzadə, 90 - Nir Bardea, 7. Rüfət Abdullazadə, 88
Hakimlər: Nicat İsmayıllı, Vüsal Məmmədov, Asiman Əzizli, Əli Əliyev
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Tofiq Bəhramov adına Respublika Stadionu
Qeyd edək ki, ötən gün "Kəpəz" "Araz-Naxçıvan"a qalib gəlib - 2:1. Tura aprelin 7-də yekun vurulacaq.