Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürüb.
Sportnet.az xəbər verir ki, turnir cədvəlində qonşu olan komandalar - "Sabah" və "Səbail" kollektivlərinin duelində birincilər qələbə qazanıb - 2:0.
"Bank Respublika Arena"da keçirilən matçda hesabı 22-ci dəqiqədə Con İrasabal açıb. 39-cu dəqiqədə Cesse Sekidika fərqi iki topa çatdırmaqla yekun hesabı müəyyənləşdirib.
Bu nəticənin ardından Krunoslav Renduliçin komandası xal ehtiyatını 49-a çatdırıb. "Dənizçilər" isə 42 xalda qalıb.
Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-da baş tutacaq.
-------------------------------------
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun görüşləri start götürəcək.
Sportnet.az xəbər verir ki, ilk oyun günü turnir cədvəlində qonşu olan komandalar, "Sabah" və "Səbail" kollektivləri qarşılaşacaq.
"Bank Respublika Arena"da keçiriləcək matçın start fiti saat 18:00-da səslənəcək.
Krunoslav Renduliçin yetirmələri 46 xalla beşinci sırada qərarlaşıb. "Dənizçilər" isə 42 xalla altıncıdır.
Qeyd edək ki, turun digər görüşləri aprelin 28-i və 29-u tarixlərində baş tutacaq.
Azərbaycan Premyer Liqası
XXXII tur
27 aprel
18:00. "Sabah" – "Səbail" - 2:0
Qollar: Con İrasabal, 22. Cesse Sekidika, 39
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov.
VAR: Rauf Allahverdiyev
AVAR: Kamran Bayramov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Bank Respublika Arena”