"Turan Tovuz" klubu 2 futbolçusu ilə müqavilənin müddətini uzadıb.
Bölgə təmsilçisinin mətbuat xidmətindən Sportnet.az-a verilən məlumata görə, Emmanuel Hakman və Aleks Souza ilə razılıq əldə olunub.
Anlaşmaya əsasən, toqolu müdafiəçi 2025, braziliyalı hücumçu isə 2026-cı ilin yayınadək Tovuz klubunun formasını geyinəcək.
Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Şəhriyar Əliyevlə "1+1" illik sözləşmə imzalayıb.