"Turan Tovuz" daha bir futbolçusu ilə müqavilə müddətini uzadıb.
Sportnet.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ayxan Hüseynov daha 2 il qərb təmsilçisinin şərəfini qoruyacaq.
Qeyd edək ki, tovuzlular daha əvvəl Alexandro Serrano, Emmanuel Hakman, Aleks Souza və Şəhriyar Əliyevlə yeni müqavilə imzalayıb.