
"Turan Tovuz" heyətini yeni futbolçu ilə gücləndirib.
Sportnet.az xəbər verir ki, bölgə təmsilçisi Tural Bayramlını transfer edib.
26 yaşlı yarımmüdafiəçi növbəti 2 mövsümü "Boz qurdlar"ın heyətində keçirəcək.
Qeyd edək ki, Yunanıstan və Latviyada legioner həyatı yaşamış Tural Bayramlı karyerası ərzində "Sumqayıt", "Keşlə" (indiki "Şamaxı"), "Zirə", "Səbail" və "Araz-Naxçıvan" klublarının formasını geyinib.