
Azərbaycanı UEFA Regionlar Kubokunda təmsil edəcək “Şimal” komandasının oyunlarına hakim təyinatları açıqlanıb.
Sportnet.az xəbər verir ki, ilkin mərhələnin B qrupunda Gürcüstan təmsilçisi “Football School Bridge”yə qarşı matçı monteneqrolu Miloş Boşkoviç idarə edəcək.
İsveçin “Qothenburq” kollektivi ilə keçiriləcək görüşdə isə ədaləti moldovalı Dumitri Muntean qoruyacaq.
28 iyun
19:00. “Football School Bridge” – “Şimal”
Baş hakim: Miloş Boşkoviç (Monteneqro)
Baş hakimin köməkçiləri: Nikola Raduloviç (Monteneqro), Benas Kikutis (Litva)
Dördüncü hakim: Robertas Valikonis (Litva)
1 iyul
19:00. “Şimal” – “Qothenburq”
Baş hakim: Dumitri Muntean (Moldova)
Baş hakimin köməkçiləri: Denis Oala (Moldova), Nikola Raduloviç (Monteneqro)
Dördüncü hakim: Miloş Boşkoviç (Monteneqro)
Qrup mərhələsinin bütün qarşılaşmaları Gürcüstanda keçiriləcək.
Qeyd edək ki, Xaçmazı təmsil edən “Şimal” komandası ötən mövsüm AFFA Region Liqasının qalibi olub.