
“Səbail” heyətinə daha bir futbolçu cəlb edib.
Sportnet.az xəbər verir ki, “dənizçilər" ukraynalı Dmitro Litvinlə 1 illik müqavilə bağlayıb.
27 yaşlı müdafiəçi son olaraq Portuqaliya təmsilçisi “Luzitaniya”nın formasını geyinib.
Qeyd edək ki, “Səbail” daha əvvəl Fərid Nəbiyev, Nihad Quliyev, Vüsal Məsimov və Amir Bilali ilə müqavilə bağlayıb.