1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Sakit Alıyevin xatirəsi necə yad ediləcək?
Azərbaycan Kubokunun 1/16 final görüşlərində bu gün səhər saatlarında dünyasını dəyişən Sakit Aliyevin xətirəsi yad olunacaq. Sportnet.az-ın məlumatına görə, komandaların meydana qara sarğı ilə çıxması və oyunlardan öncə 1 dəqiqəlik sükutun olması gündəmdədir.
Məsələyə Peşəkar Futbol Liqasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev münasibət bildirib. Saytımıza açıqlamasında qurum rəsmisi belə bir addımın atılmasının mümkünlüyünü bildirib. Lakin məsələyə sabah aydınlıq gələcək. Mərhumun yalnız "Turan Tovuz"un, yoxsa bütün komandaların oyunlarında yad edilməsi müzakirə olunacaq. Onun sözlərinə görə, hələ ki, heç bir klub bu təkliflə PFL-ə müraciət etməyib.
Qeyd edək ki, Tovuzun "Turan" komandasının sabiq futbolçusu və baş məşqçisi Sakit Alıyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.