
İngiltərə Futbol Assosiasiyası koronavirus epidemiyasına görə Premyer Liqa oyunlarının azarkeşsiz keçirilə biləcəyini istisna etmir.
Sportnet.az yerli mətbuata istinadən xəbər verir ki, bu barədə "Everton" klubunun Direktorlar Şurasının üzvü Aleksandr Ryazantsev deyib. Onun sözlərinə görə, virusun yayılmasının qarşısını almaq üçün yaxın günlərdə bu məsələyə baxıla bilər.
"Böyük 5-lik" ölkələrindən İtaliyada artıq bəzi oyunlar koronavirusa görə təxirə salınıb. Bəzi qarşılaşmalar isə azarkeşsiz keçirilir.
Qeyd edək ki, Böyük Britaniyada koronavirus daşıyıcılarının sayı 90-a çatıb.