
Çempionlar Liqasının 1/8 final mərhələsində "Mançester Siti" (İngiltərə) və "Real Madrid" (İspaniya), həmçinin "Lion" (Fransa) və "Yuventus" (İtaliya) komandaları arasında martın 17-də keçirilməli olan cavab oyunları koronavirus pandemiyasına görə təxirə salınıb.
Sportnet.az-ın məlumatına görə, bu barədə UEFA-nın rəsmi saytı xəbər yayıb. Hələlik matçların yeni tarixi barədə açıqlama verilməyib.
İlk oyunda "Mançester Siti" səfərdə "Real Madrid"i 2:1, "Lion" isə evdə "Yuventus"u 1:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, UEFA daha əvvəl Avropa Liqasının 1/8 final mərhələsinin "Sevilya" (İspaniya) - "Roma" (İtaliya) və "İnter" (İtaliya) - "Xetafe" (İspaniya) matçlarını eyni səbəbdən təxirə salıb.