
Xorvatiyanın Zaqreb şəhərində tələbələr arasında Avropa Universitetləri Futzal Çempionatı keçirilir.
Sportnet.az xəbər verir ki, sözügedən oyunlarda Azərbaycan Tələbə Liqasının 2024/2025 mövsümünün qalibi Azərbaycan İdman Akademiyasının komandası da iştirak edir.
Azərbaycan təmsilçisi iyulun 16-da Xorvatiyaya yola düşüb.
Komanda1/4 final mərhələsində Fransa komandasını 5:4 hesabı ilə məğlub edərək yarımfinal mərhələsinə yüksəlib.
Qeyd edək ki, komandanın Avropa çempionatda iştirakı Azərbaycan Tələbə Futbol Federasiyası İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının və Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, Azərbaycan İdman Akademiyasının dəstəyilə həyata keçirilir.