
17-21 sentyabr tarixlərində Bolqarlstanın Sofiya şəhərində keçiriləcək Çempionlar Liqasında (ÇL) iştirak edəcək Azərbaycan təmsilçiləri “Birbaşa Bakı” , “Zirə” və “Aznur”un rəqibləri müəyyənləşib.
Sportnet.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, ÇL-in son qalibi olan “Birbaşa Bakı” F qrupunda “Red Star”(Serbiya), “Porto”(Portuqaliya), ARRV (Rumınya) komandaları ilə mübarizə aparacaq.
Ölkə çempionatının gümüş mükafatçısı “Zirə” isə C qrupunda Afula (İsrail),MF 22 (Slovakiya) və Rooftop Budapest (Macarıstan) kollektivləri ilə yarışacaq.
Çempionlar Liqasındakı daha bir Azərbaycan təmsilçisi “Aznur” G qrupunda Kayrat (Qazaxıstan), Oviedo (İspaniya) və Hoverla Praqa (Çexiya) komandaları ilə qarşılaşacaq.