1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Perez müəmması
Azərbaycan futzal yığması bir həftədir diqqət mərkəzindədir. Biri şad, digəri şok xəbərlə.
Ölkəmiz nəhayət, futzalda da dünya çempionatının final mərhələsində təmsil olunmaq hüququ qazandı. Buna hələ Hollandiya yığması ilə səfərdə qazandığımız 5:1 hesablı qələbə ilə nail olmuşduq desək, yanılmarıq. Futzal millimiz tarixi nailiyyətə ispaniyalı baş məşqçi Tino Perezin rəhbərliyi altında imza atdı. Ancaq Perezə həmin final mərhələsinin iştirakçısı olmaq nəsib olmayacaq. Çünki şok xəbər onun millimizdən ayrılması ilə bağlıdır. İspaniyalı mütəxəssis də Azərbaycan millisi kimi, dünya çempionatının həlledici mərhələsinin iştirakçısı olmamışdı və yğımamızdan fərqli, özü hələ bir müddət də gözləməli olacaq.
Perezin qərarı müəmmalı olaraq qalır. Düzdür, rəsmi xəbərdə ailə vəziyyəti ilə əlaqədar müqaviləsinin qarşılıqlı razılıqla yenilənmədiyi bildirirlir. Ancaq o da məlumdur ki, hansısa açıqlanmayan problem olanda, gedişə səbəb kimi ailə vəziyyəti əgöstərilir və bu, az qala ənənə halını alıb. Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundovun açıqlamasından belə məlum olur ki, Perez hələ bir neçə ay öncə getmək fikrinə düşübmüş. Görünür, bu, Avropa çempionatının final mərhələsində uğurlu çıxış edə bilmədikdən sonra yaranıb. Ancaq qarşıda dünya çempionatının pley-off mərhələsinin oyunları gəldiyindən, ispaniyalı mütəxəssis qalmalı olub. Ancaq indi getməklə o, milli komandamızı daha çətin vəziyətə qoydu. Çünki Kolumbiyada keçiriləcək dünya çempionatına 4-5 ay qalıb və baş məşqçi dəyişikliyi, yenisinin axtarışı əlavə qayğıdır.
Bəli, Perez bir uğura imza atmaqla adını Azərbaycan futzal tarixinə qızıl hərflərlə yazdırdısa, digər tarixi şansı qaçırdı. Bu da final mərhələsində debüt edən Azərbaycan yığmasının baş məşqçisi olmasıdır. Ay Tino, çoxları sənin yerində olmaq istərdi, sənin nailiyyətinə həsədlə baxır. Axı Avropa, dünya çempionatının final mərhələsinə öz mütəxəssislərimizlə yox, əcnəbilərlə çıxmışıq. Bu, futzalda əvvəlcə Joze Alesio da Silva, indisə ispaniyalı Tino Perezlə oldu.
Peresi ona görə qınamaq olar ki, final mərhələsinə vəsiqə qazanandan sonra getməsinə işarə vurmayaraq, əksinə, hazırlıq planlarından, heyətin gücləndirilməsindən, şanslarımızdan dəm vururdu. Təbii ki, həmin vaxt gedəcəyini özü üçün qətiləşdirmişdi. Ancaq o, fikrini dilə gətirməkdən çəkindi.
Əlbəttə, həyat bununla bitmir və millimiz Perezsiz də final mərhələsində ölkəmizi layiqincə təmsil etməyə çalışacaq. Yeni baş məşqçi nəticə baxımından psixoloji təzyiq altında olmayacaq. Onsuz da final mərhələsində iştirakın özü böyük uğurdur. Burada isə nəticə qazanılarsa, Perez həmin yeni baş məşqçinin uğurunun kölgəsi altında qalacaq.