
Azərbaycanın futzal üzrə Çempionlar Liqasındakı təmsilçisi "Araz” əsas mərhələdə ikinci oyununu keçirib.
Sportnet.az xəbər verir ki, ölkə çempionu Maltanın "Valletta” komandası ilə qarşılaşıb. Matç 1:1 hesabı ilə başa çatıb.
UEFA Çempionlar Liqası, əsas mərhələ
4 oktyabr
17:30. Araz - Valletta - 1:1
Hakimlər: Sven Eicler (Almaniya), Kamil Çetin (Türkiyə), İvan Şabanov (Rusiya).
Qeyd edək ki, "Araz” Çempionlar Liqasında keçirdiyi ilk oyunda "Vitis”ə (Litva) 0:1 hesabı ilə məğlub olub.