Azərbaycan I Divizionunda VII tura start verilib. Sportnet.az-ın məlumatına görə, ilk oyun günündə hər iki görüş məhsuldar keçib. 
MOİK autsayderlərdən olan "Mil-Muğan"ı darmadağın edib. "Sabah" - "Ağsu" görüşündə isə qapılara 5 qol vurulub. 
"Sabah" - "Ağsu" - 3:2
Qollar: Şirməmməd Məmmədov, 23; İlqar Ələkbərov, 59; Məhəmməd Alıyev, 65 - Fərrux Rəhimov, 56. Təmraz Əmircanov, 90+2
MOİK - "Mil-Muğan" - 4:0
Qollar: İsmayıl İbrahimli, 26. Kamil Nurəhmədov, 67. Bəhruz Teymurov, 90+1; 90+2
Qeyd edək ki, VII turan sabah keçiriləcək 3 matçla yekun vurulacaq. Son oyun günündə "Zaqatala" "Şüvəlan"ı, "Qaradağ Lökbatan" "Xəzər"i, "Binə" isə "Turan Tovuz"u qəbul edəcək.









                 





    
    
    
    
    
    
    
    
    






















































