
UEFA Konfrans Liqasında 2022/2023 mövsümünün ilk püşkü atılıb.
Sportnet.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərindəki tədbirdə I təsnifat mərhələsinin cütləri müəyyənləşib.
Bu raundun oyunları iyulun 7-si və 14-də keçiriləcək.
Azərbaycanı təmsil edəcək "Neftçi", "Zirə" və "Qəbələ" komandaları mübarizəyə II təsnifat mərhələsindən qoşulacaqlar. Bu mərhələnin püşkü iyulun 15-də atılacaq.