
3x3 qadın basketbolçulardan ibarət Azərbaycan millisi Avropa Kubokunun (2025) təsnifat mərhələsinin final oyununda Kiprlə qarşılaşıb.
Sportnet.az xəbər verir ki, Azərbaycan millisi 21:18 hesabı ilə qalib gələrək, Avropa Kubokunun final mərhələsində iştirak hüququ qazanıb.
Final mərhələsi 5 - 7 sentyabrda Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək.