1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Millimizin baş məşqçisi püşkü dəyərləndirdi
"Mənzərə onu göstərir ki, çətin qrupa düşmüşük. Qrup mərhələsini adlaya bilsək, növbəti oyunlarımız daha maraqlı keçəcək”.
Sportnet.az xəbər verir ki, bunu AFFA-nın rəsmi saytına futzal üzrə Azərbaycan millisinin baş məşqçisi Joze Alesio Da Silva Avropa çempionatının final mərhələsin püşkünü dəyərləndirərkən deyib.
Braziliyalı mütəxəssis bildirib ki, yığma komanda İspaniya və Fransa yığmaları ilə birgə çətin qrupda yer alıb: "İspaniya haqqında geniş danışmağa ehtiyac yoxdur. Bu komanda təkcə Avropada deyil, dünyada sayılıb-seçilən millilərdəndir. Fransa üçüncü səbətdən gəlsə də, inamlı yol qət edib. Onlar Xorvatiya kimi Avropa çempionatının daimi iştirakçılarından olan bir komandanı play-off mərhələsində mübarizədən kənarlaşdırıblar. Qeyd edim ki, İspaniya ilə dünya çempionatının final mərhələsində eyni qrupda yer almışdıq və onlarla başabaş mübarizə aparmışdıq. Bu dəfə də layiqli çıxış edəcəyik. Final mərhələsinə qədər vaxtımız var. Heyəti optimallaşdırmağa çalışacağıq”.