Futzal üzrə Azərbaycan millisi gələn həftədən Avropa çempionatının seçmə mərhələsinin oyunları üçün təlim-məşq toplanışına başlayacaq.
Federasiyanın Mətbuat katibi Mahal Məmmədovun Sportnet.az-a verdiyi məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargah AFFA-nın müraciətini müsbət cavablandırıb.
Yığma komanda yanvarın 18-dən Bakı İdman Sarayında hazırlıqlara start verəcək.
Qeyd edək ki, seçmə mərhələnin ilk turunda yanvarın 29-da evdə Slovakiyanı qəbul edəcək yığma 4 gün sonra Yunanıstanın qonağı olacaq.