Futzal üzrə Avropa çempionatının seçmə mərhələsində yanvarın 29-da Azərbaycan millisinin qonağı olacaq Slovakiya seçməsi Bakıya çarter reysi ilə gələcək.
Sportnet.az-ın məlumatına görə, bu barədə Slovakiya Futzal Federasiyasının koordinatoru və meneceri Marek Kovaçik qurumun rəsmi saytına açıqlamasında deyib.
Funksionerin sözlərinə görə, bu variant səfərə gedib-qayıtmaq üçün tələb olunan vaxtı 40 saat azaldacaq: "Belədə futzalçılar daha yaxşı hazırlaşa və öz oyunlarına adaptasiya ola biləcəklər".
Federasiyanın prezidenti Duşan Doboşiç isə bildirib ki, adi reyslə səyahət çətin olduğundan, belə qərar qəbul edilib: "Düzdür, bu, bahalı variantdır. Amma müəyyən analizlərdən sonra bunun üzərində dayandıq. Bununla vaxta da qənaət edəcəyik. 20 saatlıq uçuş, səfər zamanı məcburi fasilələr, virusa yoluxma riski və digər amillər komandaya mənfi təsir göstərə bilərdi. İnanıram ki, bu qərar məqsədimizə çatmağa kömək edəcək".
Qeyd edək ki, Azərbaycan - Slovakiya oyunu saat 18:00-da başlayacaq.