Azərbaycan millisinin futzalçıları Qallo və Rövşən Hüseynli Gürcüstana qarşı Avropa çempionatının ilk matçında iştirak etməyəcək.
Federasiyanın Mətbuat Xidmətindən Sportnet.az-a verilən məlumata görə, hər iki oyunçudan götürülmüş PCR testi də pozitiv çıxıb.
Onlar Niderlandda qaldıqları oteldə karantinə alınıblar. Karantin yanvarın 27-də başa çatacaq.
Qaydalara uyğun olaraq, bu gün rəsmi oyun üçün digər futzalçılardan yenidən COVID-19 anticism analizləri götürülüb və bütün nəticələr neqativ olub.
Qeyd edək ki, Gürcüstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 17:30-da başlayacaq.