
19 yaşadək futzalçılardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının əsas mərhələsində ilk oyununu keçirəcək.
Sportnet.az-ın məlumatına görə, yığma Fransa seçməsi ilə üz-üzə gələcək.
Bosniya Herseqovinada təşkil ediləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək. 5-ci qrupun digər matçında Yunanıstan meydan sahibləri ilə görüşəcək.
20:00. Fransa – Azərbaycan
Hakimlər: Peter Nurse (İngiltərə), Martin Koster (Danimarka), Norbert Szilagyi (Macarıstan)
Şiroki Briyeq şəhəri, Pecara İdman zalı