
"Bakı" klubunun prezidenti Hafiz Məmmədovun sahibi olduğu "Bank of Azerbaijan" ASC-nin bank lisenziyası ləğv edilib. Sportnet.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti qərar verib.
"Banklar haqqında" qanunun 51-ci və 52-ci maddələrinə uyğun olaraq bu gündən Banka müvəqqəti inzibatçı təyin edilib. Qərara səbəb kimi bankın məcmu kapitalın minimum məbləği tələbinə əməl etməməsi, məcmu kapitalının adekvatlıq əmsalının 3%-dən az olması, kreditorlar qarşısında öhdəlikləri icra edə bilməməsi, cari fəaliyyətini etibarlı və prudensial qaydada idarə etməməsidir.
AMB bildirir ki, "Bank of Azerbaijan” ASC-də Əmanətlərin Sığortalanması Fondu tərəfindən əhalinin qorunan əmanətləri üzrə qanunvericiliyə müvafiq olaraq kompensasiyaların ödənişi həyata keçiriləcək.
Qeyd edək ki, "Bank of Azerbaijan" "Bakı" klubunun prezidenti Hafiz Məmmədova məxsusdur.