"9 ildən sonra çempionata qayıtmaq və qələbə qazanmaq böyük sevincdir".
Sportnet.az məlumatına görə, bunu "Turan Tovuz"un baş məşqçisi Ayxan Abbasov səfərdə "Səbail"ə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur oyunundan sonra mətbuat konfransında deyib.
41 yaşlı mütəxəssis futbolçuları və azarkeşləri təbrik edib: "Oyunçularım ilk dəqiqədən sonadək mübarizə apardılar. Fanatlarımız Tovuzda da, burada da möhtəşəm idilər. Yeni komandayıq. Hər nəticə ola bilər. Qarşıdakı matçlara hazırlaşaçağıq. "Qarabağ"la növbəti oyunumuz təxirə salınıb. Onlara uğurlar arzulayırıq".