
29 may - 1 iyunda Türkiyənin İstanbul şəhərində aerobika gimnastikası üzrə “Bosphorus Open Cup” beynəlxalq turniri keçirilib.
Sportnet.az xəbər verir ki, Azərbaycan gimnastları yarışda uğurla çıxış ediblər.
Fərdi çıxışlarda Məryəm Topçubaşova (17.800 xal) bürünc medal, Mədinə İbrahimli (14.950 və 15.050 xal) və Dilarə Qurbanova (18.700 və 18.850 xal) ikiqat bürünc medal, Vladimir Dolmatov (19.350 xal və 18.200 xal) qızıl medal və gümüş medallar əldə ediblər.
Üçlük çıxışlar üzrə Leyla Bejanova, Arzu Ağayeva və Dilarə Qurbanova (15.500 xal) bürünc medal, Mədinə İbrahimli, Adeliya Həşimova və Dəniz Əliyeva (15.650 xal) gümüş medal, həmçinin, 14.950 xalla bürünc medal, Ayan İskəndərli, Ayan Talıbova və Təhminə İbrahimova (15.750 və 16.350 xal) ikiqat bürünc medala layiq görülüblər.
Qrup çıxışlarında isə Sara Əlixanlı, Dilarə Qurbanova, Vladimir Dolmatov, Mədinə Mustafayeva və Xədicə Quliyeva 17.713 xalla gümüş medal, Ayan Ağayeva, Hüsnə Rzayeva, Ayan İskəndərli, Təhminə İbrahimova və Rəna Məmmədova 15.950 və 15.900 xallarla ikiqat gümüş medal qazanıblar.
Turnirin aerodans hissəsində Nuray İsayeva, Ayan Talıbova, Ayan İskəndərli, Sevda Sadıqlı, Bəsti Talıblı, Rəna Məmmədova, Aylin Quluzadə və Nuri Aylin 14.600 xalla qızıl medal əldə ediblər.