
Şəki Olimpiya İdman Kompleksində III MBD Oyunlarının proqramına daxil olan batut gimnastikası üzrə yarışın ikinci günündə Azərbaycan komandası medal qazanıb.
Sportnet.az xəbər verir ki, qadın, kişi və qarışıq cütlüklərin sinxron proqramında təsnifat mərhələsi yekunlaşıb.
Azərbaycan sinxron proqramda üç kateqoriyada təmsil olunub.
Qadın cütlüklər Selcan Mahsudova və Şəfiqə Hümbətova, kişi cütlük Maqsud Mahsudov və Hüseyn Abbasov, qarışıq cütlük Selcan Mahsudova və Maqsud Mahsudovdan ibarət olub.
Komanda hesabında baş tutan mükafatlandırma mərasimində Maqsud Mahsudov, Mehdi Əliyev, Nicat Mirzəyev və Hüseyn Abbasov gümüş medalın sahibi olublar.
Onlar ümumilikdə 170.460 xal toplayıblar.
Belarus (187.560) birinci, Rusiya (169.780) üçüncü yeri tutub.