
Azərbaycanın 3 akrobatı İtaliyanın Ankona şəhərində keçirilən 10-cu Avropa çempionatında finala yüksəlib.
Sportnet.az-ın məlumatına görə, milli komanda üzvləri ilk dəfə təmsil olunduqları 3 proqramın hər biri üzrə həlledici mərhələdə iştirak hüququna yiyələniblər.
Fərdi proqramda Vladimir Dolmatov 20.950 xalla 7-ci pillədə qərarlaşıb. "Trio”da Elçin Məmmədov və Emil Quliyev Dolmatovla bərabər 20,350 xalla 8-ci olublar.