
"Biz onlarla fəxr edirik. Nəticələr çox yaxşıdır".
Sportnet.az xəbər verir ki, bunu "Report"a açıqlamasında "Ocaq Sport" klubunun məşqçisi Simarə Cəfərova Azərbaycanın bədii gimnastlarının Gürcüstanın paytaxtı Tbilisidəki "II New Look Cup" beynəlxalq turnirində 11 qızıl, 9 gümüş, 5 bürünc medal qazanması ilə bağlı danışarkən deyib.
Mütəxəssis gərgin məşqlərə baxmayaraq idmançıların yarışda yaxşı nəticə göstərdiyini bildirib: "Yaradılan şəraitə görə, "Ocaq Sport" klubuna, federasiyaya, gənclər və idman naziri Fərid Qayıbova, nazir müavini Mariana Vasilevaya təşəkkür edirik".
Cəfərova Ocaq Kubokunda 12 ölkənin mübarizə aparacağı xatırladıb: "İdmançılarımızdan yüksək nəticələr gözləyirik. Ümid edirik ki, bizi yanıltmayacaqlar. Turnirə tam hazırıq. Hər şeyin gözlədiyimiz kimi olacağına inanırıq".
Qeyd edək ki, Ocaq Kuboku 25 - 27 noyabrda gerçəkləşəcək.