2028-ci il Yay Olimpiya Oyunlarının futbol turniri ABŞ-nin yeddi şəhərində təşkil olunacaq.
Sportnet.az Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar Nyu-York, Kolumbus (Ohayo ştatı), Neşvill (Tennessi ştatı), Sent-Luis (Missuri ştatı), San-Xose və San-Dieqo (Kaliforniya ştatı) şəhərlərində keçiriləcək.
Qadınlar və kişilər arasında turnirlərin final oyunları isə Kaliforniya ştatının Pasadena şəhərində baş tutacaq.
Kişilər arasında Olimpiya futbol turnirinin final matçı 28 iyul 2028-ci il, qadınların final görüşü isə 29 iyulda keçiriləcək.
Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunları 14 – 30 iyulda baş tutacaq.














































































