1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Kanoeçimiz lisenziyasız qaldı - YENİLƏNDİ
Azərbaycan kanoeçisi Aleksey Kupin olimpiadaya lisenziya qazana bilmədi
Azərbaycan kanoeçisi Aleksey Kupin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında yarımfinal yürüşünə qatılıb. Sportnet.az-ın məlumatına görə, Kupin 5 idmançının qatıldığı yürüşü 4-cü pillədə başa vurub.
Finişə 4 dəqiqə 1,562 saniyəyə tamamlayıb və yalnız estoniyalı Yosep Karlssonu (04:06.388) geridə qoya bilib. Azərbaycan təmsilçisi ilk "3-lüy"ə düşə bilmədiyindən, mübarizəni dayandırıb. Final mərhələsinə isə belaruslu Aleksey Maxnist (03:59.462), latviyalı Daqnis İlyins (03:59.817) və yunanıstanlı Stefanos Dimopulos (04:00.594) yüksəlib.
Bununla da Azərbaycanı "Rio-2016"da kayak və kanoe növündə 2 idmançının təmsil edəcəyi dəqiqləşib. Olimpiadaya ötənilki dünya çempionatında lisenziyanı təmin etmiş kayakçı İnna Osipenko-Radomska (200 metr və 500 metr) ilə kanoeçi Valentin Demyanenko (200 metr) yollanacaq.
___________________________________________________________
Azərbaycan kanoeçisi Aleksey Kupin 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakterli Avropa Təsnifat Reqatasında seçmə yürüşə qatılıb. Sportnet.az-ın məlumatına görə, 1 nəfərlik qayıqla (C-1) 1000 metrlik finişə 4 dəqiqə 2,907 saniyəyə çatan Kupin 4-cü yeri tutub.
İlk 3-lüyə düşən slovakiyalı Mater Rusnak (03:56.924), serbiyalı Strahinya Mladeziç (03:57.087) və ispaniyalı Dieqo Romero (03:58.522) birbaşa finala yüksəlib. Azərbaycan təmsilçisi isə geridə qoyduğu yunanıstanlı Stefanos Dimopulos (04:05.362), estoniyalı Yosep Karlson (04:12.129), eləcə də digər seçmə yürüşdə ilk "3-lüy"ə düşə bilməyən belaruslu Aleksey Maxnist (04:05.961) və estoniyalı Daqnis İlyinslə (04:06.296) birgə yarımfinalda mübarizə aparacaq.
Qeyd edək ki, finala yüksəlmək üçün yenə ilk "3-lüy"ə düşmək lazımdır.
------------------------------------------------------------------------------
Bu gün Almaniyanın Duysburq şəhərində 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya xarakteri kayak və kanoe üzrə Avropa Təsnifat Reqatası start götürür. Sportnet.az-ın məlumatına görə, iki gün davam edəcək reqatada Azərbaycanın bir təmsilçisi mübarizə aparacaq.
Bu, 1 nəfərlik kanoe qayığı (C-1) ilə 1000 metr məsafəyə yürüş edəcək Aleksey Kupindir. Kupin mübarizəyə Bakı vaxtı ilə saat 11:20-də başlayacaq. O, Stefanos Dimopulos (Yunanıstan), Yosep Karlsson (Estoniya), Strahinya Mladeziç (Serbiya), Matey Rusnak (Slovakiya) və Dieqo Romero (İspaniya) ilə yarışacaq. Digər yürüşdə Karlo Taççini (İtaliya), Daqnis İlyins (Latviya), Leonid Karp (Rumıniya), Aleksey Maxnist (Belarus) və Angel Kodinov (Bolqarıstan) iştirak edəcək. Hər yürüşdə ilk "3-lüy"ə düşənlər birbaşa əsas finala yüksələcəklər. Sonrakı yerlərin sahibləri isə yarımfinalda çıxış edəcəklər. Olimpiadaya lisenziya qazanmaq üçün final yürüşündə finişə ilk 2 yerdə çatmaq lazımdır.
Kupin Azərbaycan millisinin üzvü kimi ilk dəfə xaricdə keçiriləcək reqatada 1 nəfərlik qayıqla qüvvəsini sınayacaq. O, əvvəllər Sergey Bezuqylıy ilə birgə 2 nəfərlik qayıqla (K-2) 500 metr və 1000 metr məsafələrə yürüşlərdə çıxış edib.
Qeyd edək ki, Avropa Təsnifat Reqatası "Rio-2016"ya lisenziya üçün son şansdır. Ötənilki dünya çempionatında Azərbaycan kayakçısı İnna Osipenko-Radomskaya qadınlar arasında 1 nəfərlik qayıqla (K-1) 200 metr və 500 metr, kanoeçi Valentin Demyanenko isə 1 nəfərlik qayıqla (C-1) 200 metr məsafəyə yürüşdə olimpiadada iştirak hüququna yiyələnib.