İsveçrənin Lozannada şəhərindəki İdman Arbitraj Məhkəməsi (CAS) Rusiya Olimpiya Komitəsi və ölkənin 68 atletinin Beynəlxalq Atletika Federasiyaları Asssosiasiyasının qərarından apellyasiyasını rədd edib. Sportnet.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, qərara əsasən, Rusiya atletləri 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında iştirak etməyəcəklər.
Yalnız uzununa tullanan Darya Klişinaya beynəlxalq yarışlarda icazə verilib.
Qeyd edək ki, "Rio-2016" 5 - 21 avqustda keçiriləcək.