1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Rio-2016: Teymur Məmmədov qələbə ilə başladı
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Teymur Məmmədov ilk döyüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan bayraqdarın ilk rəqibi ukraynalı Denis Solonenko olub.
Görüş Məmmədovun qələbəsi ilə yekunlaşıb - 3:0. İlk raunddan üstünlüyü ələ alan 23 yaşlı idmançı rəqibindən yalnız sonuncu raundda zərbə buraxıb. Bununla belə, ümumi nəticə dəyişməyib - 2:1.
1/8 finalda Məmmədovun rəqibi Peter Mullenberq (Hollandiya) olacaq. Qarşılaşma avqustun 12-də saat 03:30-da başlanacaq.
Bu gecə həm də Azərbaycanın 2 boksçusunun 1/8 finaldakı ilk rəqibləri müəyyənləşib. 60 kq çəkidəki Albert Səlimova irlandiyalı Devid Oliver Coys rəqib olub. Coys 1/16 finalda Seyşel adalarından olan Andrik Allisopu üstələyib - 3:0. Səlimovun döyüşü avqustun 10-da saat 01:45-də başlanacaq.
69 kq çəkidə yer alan Pərviz Bağırov isə fransalı Suleyman Diop Sissoko ilə üz-üzə gələcək. Sissoko 1/16 finalda macarıstanlı İmre Balaj Baçkayı üstələyib - 3:0. Bağırovun qarşılaşması avqustun 12-də saat 02:30-da start götürəcək.