
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən boksçu Kamran Şahsuvarlı 1/8 final görüşünə çıxıb. Sportnet.az-ın məlumatına görə, onun rəqibi rusiyalı Artyom Çebotaryov olub.
Görüşü üstün keçirən Şahsuvarlı Avropa çempionu və dünya çempionatının bürünc mükafatçısını hər 3 raundda yenərək, 1/4 finala yüksəlib. Boksçumuzun növbəti rəqibi qazaxıstanlı Janıbek Alimxanlı olacaq.