Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən güllə atıcısı Ruslan Lunyov daha bir yarışda finala yüksələ bilməyib. Sportnet.az-ın məlumatına görə, 27 yaşlı idmançı 25 metr məsafəyə sürətli atış üzrə seçmə mərhələ yarışında lazımi nəticəni göstərə bilməyib.
İlkin seçmə mərhələdə 288 xalla 14-cü yeri tutan Lunyov bu gün keçirilmiş növbəti mərhələdə 287 xal yığıb. Nəticədə o, 28 iştirakçı arasında 15-ci olub və 6 finalçı sırasına düşə bilməyib.
Qeyd edək ki, Ruslan Lunyov daha əvvəl 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında da seçmə mərhələni 15-ci pillədə tamamlayaraq, mübarizəni dayandırıb.