1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Fəridə Əzizova olimpiadada medalsız qaldı - YENİLƏNDİ
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova yarımfinal görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən 21 yaşlı idmançının rəqibi cənubi koreyalı Hyeri Oh olub.
İlk hissədə Əzizova 1:0 hesabı ilə önə keçsə də, ikinci hissədə Hyeri 2 xal qazanaraq, hesabda irəli çıxıb. Həlledici raundda isə tərəflər hərəyə 4 xal qazanıblar.
Beləliklə, Fəridə Əzizova da finala yüksələ bilməyib. O, Rut Mari Kristel Qbaqvi (Kot d İvuar) ilə təsəlliverici görüşdə qalib gəlsə, bürünc medal qazanacaq.
-----------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova 1/4 final görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən Əzizovanın rəqibi özbəkistanlı Nigora Tursunkulova olub.
İlk raudda Tursunkulova minimal hesabla qalib gəlsə də, ikinci hissədə Azərbaycan təmsilçisi ardıcıl 4 xalla önə keçib. Sonuncu raundda daha 1 xal qazananƏzizova adını yarımfinala yazdırıb.
Qeyd edək ki, növbəti mərhələdə Fəridə Əzizovanın rəqibi Hyeri Oh (Cənubi Koreya) - Çia-Çia Çuanq (Taypey) döyüşünün qalibi olacaq.
--------------------------
Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən qadın taekvondoçu Fəridə Əzizova ilk görüşünə çıxıb.
Sportnet.az-ın məlumatına görə, 67 kq çəki dərəcəsində çıxış edən Əzizova 1/8 finalda ABŞ-dan olan Peyc Makfersonla üz-üzə gəlib.
İlk hissədə 21 yaşlı idmançı hesabı açsa da, rəqibi 3 xalla önə keçib. İkinci hissədə tərəflər hərəyə 1 xal qazanıblar. Son hissədə isə daha fəal təsir bağışlayan Əzizova rəqibinə 6:5 hesabı ilə qalib gələrək, növbəti mərhələyə yüksəlib.
1/4 finalda taekvondoçumuzun rəqibi Nigora Tursunkulova (Özbəkistan) olacaq.
-----------------
Bu gün Azərbaycanın 2 taekvondousu "Rio-2016" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq. Sportner.az-ın məlumtaın görə, Milad Beigi Harçeqanidən (80 kq) sonra qadın taekvondoçumuz Fəridə Əzizova (67 kq) ilk görüşünü keçirəcək. O, ABŞ təmsilçisi Peyc Makfersonla üz-üzə gələcək.
Harçeqani kimi Əizzova da "Bakı-2015" I Avropa Oyunlarının mükafatçısı olub. Fərq ondadır ki, Milad Beiqi qızıl, Fəridə gümüş medalçı olub.
Xatırladaq ki, qadın taekvondoçumuz Patimat Abakarova (49 kq) "Rio-2016"da qazandığı bürünc mükafatla bu növdə ölkəmizə ilk Olimpiya medalını qazandırb.