1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
İdmançılarımızı olimpiadada zəhərləmək istədilər
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında həbs olunmuş cinayətkar qrup üzvlərinin yarış vaxtı suyu zəhərləmək istədikləri müəyyənləşib.
Sportnet.az-ın "Record News"a istinadən verdiyi məlumata görə, həmin qrup kimyəvi silahdan yararlanmaq niyyətində olub.
"Jundallah" (Allahın əsgərləri") adlı dəstə hücum planlarını elektron məktublarla və məlumat mübadiləsi ilə müzakirə edib. Şübhəlilərin müvəqqəti həbsi sentyabrın 12-dək davam edəcək. Sentyabrın 9-dək polis bütün material və dəlilləri araşdıracaq. İyulun 21-dən avqustun 12-dək Braziliyada 15 nəfər həbs olunub. Onlar terror aktları hazırlamaqda şübhəli bilinirlər.
Qeyd edək ki, XXXI Yay Olimpiya Oyunları 5 - 21 avqustda keçirilib. Azərbaycanı təmsil edən 56 idmançıdan ibarət komanda 1 qızıl, 7 gümüş, 10 bürünc medal qazanıb. Sentyabrın 7 - 18-də isə Rio-de-Janeyroda Yay Paralimpiya Oyunları keçiriləcək.