1 | Qarabağ | 18 | 47 |
2 | Araz-Naxçıvan | 18 | 39 |
3 | Turan Tovuz | 18 | 32 |
4 | Zirə | 18 | 30 |
5 | Sabah | 18 | 26 |
6 | Sumqayıt | 18 | 20 |
7 | Şamaxı | 18 | 17 |
8 | Neftçi | 18 | 17 |
9 | Kəpəz | 18 | 11 |
10 | Səbail | 18 | 9 |
Ətraflı |
Olimpiadada növbəti medal: Güləşçimiz “bürünc” qazandı
Argentinanın paytaxtı Buenos Ayresdə təşkil olunan Yeniyetmələrin III Yay Olimpiya Oyunları davam edir.
Sportnet.az xəbər verir ki, güləşçimiz Şahanə Nəzərova (43 kq) mübarizəyə qoşulub.
B qrupunda yer alan Şahanə ilk görüşdə braziliyalı rəqibinə vaxtından əvvəl qalib gəlib. Nigeriyalı güləşçi də təmsilçimizə müqavimət göstərə bilməyib.
Ancaq 3-cü görüşdə Şahanə son dünya çempionatının finalında uduzduğu amerikalı güləşçiylə bacarmayıb. Ruhdan düşməyən Nəzərova qrupdakı son qarşılaşmasında fransalı rəqibinə qalib gələrək B qrupunu 2-ci yerdə tamamlayıb.
Bu isə xanım güləşçimizə bürünc medal uğrunda döyüşməyə şans yaradıb.
Nəzərovanın həlledici qarşılaşmada rəqibi Monqolustan təmsilçisi Enxzul Batbaatar olub. Rəqibinə qalib gələn idmançımız Olimpiadanı "bürünc”lə başa vurub.
Qeyd edək ki, bu, Azərbaycanın aktivinə yazılan dördüncü medal olub. Daha əvvəl cüdoçu Vüqar Talıbov (66 kq) qızıl, taekvondoçu Cavad Ağayev (63 kq) bürünc, ağır atlet Tarmenxan Babayev isə gümüş medal qazanıb.