Kişilərdən ibarət Azərbaycan millisi Hindistanın Çennay şəhərindəki Ümumdünya Şahmat Olimpiadasında sonuncu görüşlərini keçirib.
Sportnet.az xəbər verir ki, yığma XI turda Serbiya ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının qələbəsi ilə bitib - 2,5:1,5.
Beləliklə, milli yarışı 16 xalla 7-ci sırada bitirib. Özbəkistan isə olimpiadanın qalibi olub.
XI tur
Azərbaycan – Serbiya
Şəhriyar Məmmədyarov – Aleksandar İndyiç - 1:0
Rauf Məmmədov – Velimir İviç - 0,5:0,5
Qədir Hüseynov – Robert Markus - 0,5:0,5
Vasif Durarbəyli – İvan İvanişeviç - 0,5:0,5
Qeyd edək ki, qadınlardan ibarət komanda Gürcüstan seçməsi ilə qarşılaşır. Hazırda hesab bərabərdir - 1:1.